İstirahet günü yağış yağacaq
05 Oktyabr 2013 Şənbə 13:11
Ölke erazisinde qeyri-sabit, buludlu hava şeraiti davam edecek.
Sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mülayim şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-12, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 6-da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyə yaxın olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar