İnformasiya əldə etmək haqqında qanuna dəyişikliklər qüvvəyə minib
07 İyul 2012 Şənbə 10:30
Azərbaycan prezidenti İlham Əliyev “İnformasiya əldə etmək haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.
APA-nın məlumatına görə, qanuna əlavə edilmiş maddəyə əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Qeyd edək ki, “İnformasiya əldə etmək haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun Milli Məclisin bu il iyunun 12-də keçirilmiş iclasında qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar