Herbi xidmete çağırış texire salındı
04 Oktyabr 2013 Cümə 17:48
Herbi xidmete çağırış texire salındı. Terxis olunanlar ise herbi xidmete çağırıldığı rayonda yeniden qeydiyyata düşür.
Terxis olunanlar herbi xidmete çağırıldığı rayonda yeniden qeydiyyata düşür.

Ölke başçısının müvafiq serencamına uyğun olaraq, 18 yaşı tamam olmuş Azerbaycan vetendaşları 2013-cü il oktyabrın 1-den 30-dek müddetli heqiqi herbi xidmete çağırılmalıdırlar. Qanunvericiliye uyğun olaraq, gösterilen müddetde hem de herbi xidmetini başa vurmuş esgerler herbi xidmetden terxis olunmalıdırlar. Amma seçki ili olduğundan qanunla herbi xidmetini başa vurmuş esgerlerin terxis olunması yubadılır.

Modern.az-a saytı xeber verir ki, heqiqi herbi xidmetini başa vurmuş esgerler 9 oktyab tarixinden – prezident seçkisi başa çatandan sonra, terxis olunacaqlar.

Respublika Seferberlik ve Herbi Çağırış üzre Dövlet Xidmetinin ictimaiyyetle elaqe sektorunun müdiri Nüreddin Heyderov bildirib ki, heqiqi herbi xidmete çağırış oktyabrın 10-dan sonra başlanacaq. 

“Herbi xidmetden terxis olunanlar herbi xidmete çağırıldığı rayonda yeniden qeydiyyata düşür. Odur ki, herbi xidmetden terxis olunanların sayı ayın sonunda ümumileşdirilecek. Herbi xidmete çağırış ise ayın 10-dan sonra başlanılacaq”-deye sektor müdiri bildirib.

Xatırladaq ki, prezident serencamına esasen, “Herbi vezife ve herbi xidmet haqqında” Azerbaycan Respublikası Qanununun 38.1.1-ci maddesinde nezerde tutulmuş xidmet müddetini keçmiş müddetli heqiqi herbi xidmet herbi qulluqçuları oktyabrın 1-den 30-dek ehtiyata buraxılacaqlar.

Qeyd edek ki, herbi xidmete aparılan gencler Seferberlik ve Herbi Çağırış üzre Dövlet Xidmetinin saytından düşdükleri qoşun növü ve herbi hisse barede melumatları elde ede bilirler.

Çağırışçılar www.seferberlik.gov.az saytındakı Herbi Xidmet bölmesine daxil olaraq, özleri barede informasiyaları daxil etmekle düşdükleri herbi hisseni öyrene biler.


DOSTLARINLA PAYLAŞ:

oyunlar