Goranboyda sel: bir necə yaşayış məntəqələsini su basdı
29 İyun 2012 Cümə 03:14
Yolları su altındadır, rayonun əksər hissəsi işıqsız qalıb.
Goranboy rayonunun dağlıq ərazilərinə düşən güclü yağışlar nəticəsində rayonun bir necə yaşayış məntəqələrinə zərər dəyib. APA-nın yerli icra strukturluna istinadən verdiyi məlumata görə, rayonun Ağcakənd, Zeyvə, Qızılhacılı qəsəbələrinə güclü sel sularının daxil olması nəticəsində əhaliyə məxsus fərdi təsərrüfatlara və əkin sahələrinə, infrastruktur obyektlərinə zərər dəyib. Sel nəticəsində rayon mərkəzi ilə kəndləri birləşdirən yollar su altında qalıb. Goranboy rayonunu əksər hissəsinə elektrik enerjisi təminatı dayanıb. Hal-hazırda rayonda güclü leysan yağışı davam edir.
Yaranmış vəziyyət ilə bağlı rayonun əlaqədar təşkilatları səfərbər olunub. Daxil olan məlumatlara görə, güclü yağışlar Naftalan rayonunda da fəsadlar törədib.
DOSTLARINLA PAYLAŞ: