Gəncədə işıqforlar dəyişdirilir
03 İyul 2012 Çərşənbə Axşamı 00:52
Azərbaycanın ikinci böyük şəhərində də müasir işıqforlar olacaq.
Gəncədə köhnə işıqforlar dəyişdirilir, müasir standartlara cavab verən yeniləri ilə əvəz edilir. Şəhər baş polis idarəsi rəisinin müavini, polis pokovnik-leytenantı İlqar Balakişiyevin AzərTAc-a verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin “Siqnal” idarəsi tərəfindən quraşdırılan yeni işıqforlar yüksək keyfiyyətə malik Fransa istehsalıdır. Yeni işıqforlar həm sürücülərin, həm də piyadaların təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, şəhərə yaraşıq verir.

Gətirilən 160 işıqforun çoxu artıq quraşdırılıb. Bir ay müddətdə şəhərin bütün kəsişən küçələri yeni işıqforlarla təmin ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar