Esgerliye çağırış qaydaları deyişib
07 Oktyabr 2013 Bazar Ertəsi 12:37
Çağırışa möhlet sağlamlıq veziyyetine göre 3 il müddetinedek, her defe 1 ilden artıq olmamaq şerti ile verilecek.
Hərbi xidmətə çağırılarkən vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərarın verilməsi ilə bağlı qaydalar dəyişdirildi. ANS PRESS-in Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dəyişikliyə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər.
İlkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloqlarla yanaşı dermatoveneroloq, psixoloqlar da keçirəcəklər.
Vətəndaşların ilkin hərbi uçota götürülməsi üzrə komissiyanın, Çağırış komissiyasının və ya hərbi komissarın qərarı ilə vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndəriləcək.
Qeyd edək ki, əvvəllər ilkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən, vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarılırdı. Bu müddət başa çatdıqdan sonra vətəndaş təkrar şəhadətləndirilmə keçir və hərbi xidmətə çağırıla bilərdi.
DOSTLARINLA PAYLAŞ: