Bakının daha bir avtomobil yolunda sürət həddi artırılıb
20 İyun 2012 Çərşənbə 11:01
Bunda məqsəd yolda yarana biləcək tıxacın aradan qaldırılmasıdır.
Bakı-Sumqayıt yolunun Bakı-Xırdalan dairəsi hissəsində avtomobillərin sürət həddi artırılaraq, saatda 90 km-ə çatdırılıb. Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib. Onun sözlərinə görə, sürət həddinin artırılmasında məqsəd həmin yolda yarana biləcək tıxacın aradan qaldırılmasıdır.
"Həmin yolda yaşayış məntəqələri olduğundan, vətəndaşlar üçün yerüstü və yeraltı keçidlər qurulub və yolun daha da təhlükəsiz olmasına imkan yaradılıb. Buna görə də yolda nəqliyyat vasitələrinin sürət həddi saatda 90 km-ə çatdırılıb", - deyə Kamran Əliyev bildirib. Qeyd edək ki, həmin yolda sürət həddi saatda 70 km olub.
DOSTLARINLA PAYLAŞ: