Bakıda yaxın iki günün hava proqnozu açıqlanıb
21 İyun 2012 Cümə Axşamı 10:42
Nisbətən sərin hava şəraiti davam edəcək.
Bakıda nisbətən sərin hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə verilən məlumata görə, iyunun 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi saniyədə 7-12 metr sürəti ilə əsəcək, gündüz küləyin sürəti arabir 15 metr olacaq.

Havanın temperaturu gecə 18-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.İyunun 23-də havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi saniyədə 9-14 metr sürəti ilə əsəcək, gündüz cənub-şərq küləyi saniyədə 7-12 metr olacaq. Havanın temperaturu gecə 18-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar