“Biz öz fikrimizi bildirmək istəyirdik. Yürüşü Bayraq meydanından başlayıb, Xətai rayonunda bitirdik. Yürüşün məqsədi prezident İlham Əliyevi dəstəkləməkdir. Biz növbəti illərdə də ölkə rəhbəri kimi İlham Əliyevi görmək istəyirik. O, Azərbaycanın inkişafı üçün çox uğurlu işlər görüb və bundan sonra da görəcək”, - deyə bayker Elmar Zahirov bildirib.
Baykerlərin əllərində dövlət başçısı İlham Əliyevi dəstəklədiklərini bildirən şüarlar yazılan bayraqlar, eləcə də, ölkənin üçrəngli bayraqlarını dalğalanıb.
“Biz Prezident İlham Əliyevi dəstəkləmək üçün bura yığışmışıq. Bildirmək istəyirik ki, bütün moto həvəskarları cənab prezidenti dəstəkləyirik. Onun rəhbərlik etdiyi illər ərzində demokratiya olub. Ölkə inkişaf edib. Bizlər rahat şəkildə gəzə, işləyə bilirik”, - deyə bayker İlham Məmmədov bildirib.






















Şərhlər