Azərbaycana daha bir Boeing gətirilib
14 İyul 2012 Şənbə 22:09
Azərbaycana daha bir Boeing gətirilib. Yeni təyyarə uzaq ölkələrə uçuşları təmin edəcək.
Azərbaycana yeni daha yüksək texniki göstəricili “Boeing” təyyarələri gətirilib. Yeni təyyarələr uzaq ölkələrə uçuşları təmin edəcək.

“Azərbaycan Hava Yolları” öz təyyarə parkını zənginləşdirməkdə davam edir. Belə ki, sayca ikinci olan “Boeing 767-300 ER” tipli hava gəmisi ABŞ-ın Atlanta şəhərindən birbaşa Bakıya gətirilib. 12 saat 10 dəqiqəlik bir uçuşdan sonra avialayner “Heydər Əliyev Beynəlxalq Hava Limanı”nda endi. Təyyarənin qarşılama mərasimində “Azərbaycan Hava Yolları”nın rəsmiləri, mülki aviasiya işçiləri və media nümayəndələri iştirak ediblər.

“Boeing 767-300 ER” tipli avialayner rəqiblərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir və öz sinfindəki hava gəmiləri arasında ən məşhurudur.

“Boeing” şirkətinin nümayəndəsinin sözlərinə görə, təyyarə qanad arxasına malik olması ilə fərqlənir ki, bu da onu daha təhlükəsiz edir. Həmçinin, hava gəmisinin göyərtəsində biznes sinif sərnişinlər üçün 22, ekonom sinif sərnişilər üçün isə 176 yer ayrılıb.

Təyyarə birbaşa 14-15 min km məsafəni qət etməyə qadir olduğundan, onun uzaq reysləri həyata keçirməsi planlaşdırılır.

Onu da bildirək ki, bundan əvvəl Azərbaycana “Boeing” markalı 2 yük və 1 sərnişin təyyarəsi gətirilmişdi. 2014-cü ildə isə Azərbaycana yeni “Boeing 787 Dreamliner”in gətirilməsi planlaşdırılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar