Azərbaycan Ordusunun 2 əsgəri minaya düşüb
02 İyul 2012 Bazar Ertəsi 17:27
Hadisə Ağdamın Yusifcanlı kəndi ərazisində baş verib.
Azərbaycan Ordusunun əsgərləri minaya düşüb. APA-nın məlumatına görə, hadisə Ağdamın Yusifcanlı kəndi ərazisində qeydə alınıb. Təmas xəttində minanın partlaması nəticəsində, Milli Ordunun əsgərləri – Sabir Turab oğlu Kərimli və İsmayıl Şahvələd oğlu Hüseynov yaralanıb. Yaralı əsgərlər hospitala yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, S. Kərimli Bakının Xəzər, İ. Hüseynov isə Səbail rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar