Mədəniyyət

Zoluşka filmi rəngli təqdimatda

Film 1947-ci ildə çəkilib

· Xəbərçi
Zoluşka filmi rəngli təqdimatda
Rusiyanın “Lenfilm” kinostudiyasında 1947-ci ildə çəkilmiş “Zoluşka” filmi neçə-neçə tamaşaçı nəslinin sevimli ekran əsəridir. Dramaturq Yevgeni Şvartsın Şarl Perronun məhşur nağılının motivləri əsasında yazdığı pyesin kino variantı xeyirxahlıq və pislik, dostluq, məhəbbət, sədaqət kimi əbədi dəyərlərdən, habelə möcüzələrə inamdan bəhs edir.

İndi müasir kompüter texnologiyaları sayəsində “Zoluşka” filmi ekranda rəngli nümayiş etdiriləcək. Xatırladaq ki, tamaşaçılar Sovet kino sənətinin “Döyüşə ancaq “qocalar” gedir” və “Baharın on yeddi anı” kimi şedevrlərini rəngli variantda artıq görüblər.

Zoluşka rolunu filmdə ötən il 100 illik yubileyi qeyd olunmuş gözəl aktrisa Yanina Jeymo ifa edib. Rusiyanın Birinci kanalının yeni ilin ilk günü uşaqlara rəngli “Zoluşka”nı hədiyyə etməsi, ehtimal ki, həm də yubileylə əlaqədardır. ANSPRESS

Şərhlər