Mədəniyyət

“Xoşbəxt ailə” İsveçdə

Aktyorlarımız İsveçdə yaşayan əcnəbi xalqların İncəsənət Festivalında iştirak edib

· Xəbərçi
“Xoşbəxt ailə” İsveçdə
Aktyorlarımız İsveçdə yaşayan əcnəbi xalqların İncəsənət Festivalında iştirak edib. Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə İran, İsveç, ABŞ, Fransa, Norveç, Hindistan, Mərakeş, Almaniya və Əfqanıstan sənətçilərinin iştirak etdiyi festivalda Azərbaycanı aktyorlar Qurban İsmayılov, Rasim Cəfərov, Günel Məmmədova və tanınmış tele-aparıcı, əməkdar artisti Dilarə Əliyeva təmsil edib. Aktyorlar xüsusi olaraq bu festival üçün səhnələşdirdikləri “Xoşbəxt ailə” tamaşasını nümayiş etdiriblər.

Əsərin müəllifi İsveç yazarı İoakin Prinne, quruluşçu-rejissoru İsveçdə yaşayan həmyerlimiz Həsən Təmənididir. Tamaşa İsveçdə yaşayan həmyerlimizlə bərabər digər əcnəbi tamaşaçıların da böyük marağına səbəb olub. Teatr səfərdə olarkən gələn ilin mart ayı üçün bir neçə ölkəyə yeni dəvət alıb.

Şərhlər