“Vesti” və “Xüsusi müxbir” proqramlarının aparıcısı Mariya Sittel ikinci dəfə ana olub. Onun oğlu dünyaya gəlib.
Aparıcını və yeni anadan olmuş körpəni evdə Mariya Sittelin 14 yaşlı qızı Daşa gözləyir. Mariya son günlərədək analıq məzuniyyətinə çıxmayıb və telekanalda işləməkdə davam edib.
Mariya Sittelin 35 yaşı var. O, Maliyyə-İqtisad İnstitutunun maliyyə və kredit fakültəsini bitirib. 1997-cı ildən doğma şəhəri Penzada yerli telekanallarda işləyib. 2001-ci ilin sentyabrından isə “Vesti”nin aparıcısıdır. ANSPRESS
“Vesti”nin aparıcısı ana oldu
Bir qız anası olan Mariya Sittelin oğlu dünyaya gəlib




Şərhlər