Mədəniyyət

"Uşaq dünyası" başa çatdı

Şagirdlər arasında "Uşaq dünyası" rəsm müsabiqəsinə yekun vurulub.

· Xəbərçi
"Uşaq dünyası" başa çatdı
Mayın 7-də Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Sarayının “Uşaq dünyası” Rəsm Qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən “Heydər Əliyev və müstəqil Azərbaycan” respublika rəsm müsabiqəsinə yekun vurulub.

Üç yaş qrupu ( 6-10, 11-14, 15-17 yaşlılar) üzrə keçirilmiş müsabiqədə hər rayondan üç qalib müəyyən olunub.

Qaliblər mükafatlandırılıb. ANSPRESS

Şərhlər