Mədəniyyət

Tarzənimizə "Qızıl tar" verildi

Azərbaycan xalq artisti Türkiyədə mükafata layiq görülüb

· Xəbərçi
Tarzənimizə "Qızıl tar" verildi
Xalq artisti, tarzən Ramiz Quliyev Türkiyədə “Qızıl tar” mükafatına layiq görülüb. Mükafat Türk Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sənətkarın Türkiyədəki uğurlu qastrol çıxışlarına görə verilib.

Xalq artistinin ANS PRES-ə verdiyi məlumata görə, fevral ayının 19-dan martın 2-dək Türkiyədə qastrol səfərində olub. Tarzən Ankara, İstanbul və Urfa şəhərlərində konsertlər verib. Tarzənin Atatürk Sarayında Ankara Milli Orkestri ilə çıxışı möhtəşəm keçib. Belə ki, konserti izləməyə gələn tamaşaçıların sayı yerlərin sayından iki dəfə artıq olub. Buna görə də 1500 nəfər konserti salonda izləmək imkanı qazansa da, salona daxil ola bilməyən 1500 tamaşaçı sənətkarı monitordan izləyə bilib.

“Qızıl tar” mükafatının təqdimetmə mərasimi İstanbul Mədəniyyət İdarəsinin binasında təşkil edilib. Mərasimdə Türkiyənin bir çox musiqiçiləri və dövlət adamları iştirak edib. Əvvəlcədən məxsusi olaraq tarzən Ramiz Quliyev üçün qızıldan hazırlanmış “Qızıl tar” medalyonunu Türkiyənin tanınmış tarzəni Nevcavan Özel sənətkara təqdim edib. ANSPRESS

Şərhlər