Mədəniyyət

Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib

Məşhur opera müğənnisi Tamara Sinyavskaya Moskva Kliniki Xəstəxanasına aparılıb

· Xəbərçi
Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib
Mərhum Müslüm Maqomayevin xanımı, SSRİ xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib. Martın 12-də Botkin adına Moskva Kliniki Xəstəxanasına aparılan 66 yaşlı opera müğənnisinin tibb müəssisəsinin xüsusi korpusunda yerləşdirildiyi və müayinə olunduğu bildirilir.

Rusiya kütləvi informasiya vasitələrinin xəstəxana rəsmilərinə istinadən verdiyi məlumata görə, məşhur opera müğənnisi üçün ən yaxşı palata və tibb personalı ayrılıb. ANSPRESS

Şərhlər