Şuşalı uşaqlar Milanda konsert veriblər
14 İyun 2011 Çərşənbə Axşamı 02:20
Yerli mətbuat isə diqqəti uşaqların didərgin düşməsinə səbəb olan işğala yönəldib
İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə Milanda Şuşa şəhərindən olan məcburi köçkün uşaqların bir qrupunun konserti təşkil olunub. Uşaqlar öz ifaları ilə tamaşaçıların rəğbətini qazanıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, konsertdə Cüzeppe Verdi adına Konservatoriyanın tələbələrindən ibarət xor qrupu və pianoçular da çıxış ediblər.

Yerli mətbuatda konsert proqramından bəhs edən məqalə dərc olunub. Məqalədə konsertdə çıxış edən uşaqların öz yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuş ermənilərin Azərbaycana təcavüzündən, torpaqlarımızın Ermənistan tərəfindən işğalından bəhs olunur. Yazıda uşaqların ifasını əks etdirən şəkillər də yer alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar