Strateji Araşdırmalar Mərkəzi SAM 3 kitab nəşr etdirib
14 İyun 2011 Çərşənbə Axşamı 16:04
Strateji Araşdırmalar Mərkəzinin (SAM) tərəfindən Azərbaycanın regional siyasətdə yeri, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz dövlətlərinin tarixi, siyasəti, təhlükəsizliyi, geosiyasəti və millətlərinə həsr olunmuş 3 yeni kitab nəşr olunub.
Son iki həftə ərzində Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) tərəfindən Azərbaycanın regional siyasətdə yeri, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz dövlətlərinin tarixi, siyasəti, təhlükəsizliyi, geosiyasəti və millətlərinə həsr olunmuş 3 yeni kitab nəşr olunub. SAM-dan APA-ya verilən məlumata görə, kitablar ABŞ, Fransa və Türkiyədə işıq üzü görüb.
Birinci kitab Türkiyədə nəşr olunub və “Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji” adlanır. İkinci kitab Fransanın məşhur “L’Harmattan” nəşriyyatının “Diplomatiya və strategiya” kolleksiyasında nəşr edilib. Üçüncü kitab isə “Stratfor” Özəl Elmi Korporasiyasının Cənubi Qafqaz dövlətlərinin tarixinə, siyasətinə, təhlükəsizliyinə, geosiyasətinə və millətlərinə həsr olunmuş “Millətlərin ağır sınaqları: Qafqazın geosiyasəti” adlı kitabdır. Kitabın müəllifləri “Stratfor”un vitse-prezidenti Peter Zeyhan (Peter Zeihan) və Avrasiya məsələləri üzrə eksperti Loren Qudriçdir (Lauren Goodrich). APA
DOSTLARINLA PAYLAŞ: