Şeytan müsiqisi
22 Fevral 2011 Çərşənbə Axşamı 02:06
“Rok və rep özbək gənclərin başı üzərində qara buludlar kimi dolaşır”
Özbəkistanın “Yeşlar” “Gənclər” telekanalında rok və rep musiqisini ittiham edən sənədli film göstərilib. “Melodiya və yoxsulluq” adlı filmdə bildirilib ki, rok və rep müsiqisi “özbək gənclərin başı üzərində qara buludlar kimi dolaşır”. Rok müsiqisi ilə bağlı məlumat verilib ki, onun kökü Afrikanın ovçu ayinlərinə gedib çıxır. Rep isə həbsxanalarda yarandığı üçün zərərlidir.

Filmin yaradıcıları bildiriblər ki, hər iki musiqi janrı “şeytaniir” və Qərb gənclərinin mənəvi deqradasiyasının səbəbi məhz rok və repdir. Sənədli filmin müəllifləri təəssüflə bildiriblər ki, bəzi özbək müğənnilər də rok və rep mahnılar yazdırırlar.

Xatırladaq ki, fevralın əvvəllərində Özbəkistanda Rusiyanın DTV və TNT telekanallarının yayımı dayandırılıb. “Fərqanə” agentliyinin məlumatına görə, buna həmin telekanalların “mənəviyyatsızlığı və əxlaqsızlığı” səbəb olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar