Ölkələrin sıra nömrələri bəlli oldu.
"Eurovision 2010" mahnı müsabiqəsinin finalına vəsiqə qazanan təmsilçimiz Səfurə Əlizadə sabah 1-ci çıxış edəcək. Təmsilçimizin sıra nömrəsi II yarımfinal başa çatdıqdan sonra finala keçən 10 ölkə nümayəndəsilə keçirilən mətbuat konfransında baş tutan püşkatmada bəlli olub.
Beləliklə, 29 mayda Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision 2010" mahnı müsabiqəsinin finalında çıxış edəcək ölkələrin sıra nömrələrini təqdim edirik:
1. Azərbaycan
2. İspaniya
3. Norveç
4. Moldova
5. Kipr
6. Bosniya & Herseqovina
7. Belçika
8. Serbiya
9. Belarus
10. İrlandiya
11. Yunanıstan
12. Böyük Britaniya
13. Gürcüstan
14. Türkiyə
15. Albaniya
16. İslandiya
17. Ukrayna
18. Fransa
19. Rumıniya
20. Rusiya
21. Ermənistan
22. Almaniya
23. Portuqaliya
24. İsrail
25. Danimarka
ANSPRESS