Mədəniyyət

Sankt-Peterburqda kinofestival keçiriləcək

Tədbirdə Azərbaycan “Qala” filmi ilə təmsil olunacaq

· Xəbərçi
Sankt-Peterburqda kinofestival keçiriləcək
Rusiyanın Sankt-Peterburq şəhərində “Pak xəyallar” devizi altında 12-ci beynəlxalq kinofestival keçiriləcək. Noyabrın 18-dən 22-dək davam edəcək tədbirdə Azərbaycan “Qala” filmi ilə təmsil olunacaq. Film festivalın yarışma proqramına salınıb.

Ötən il dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında Rusiyanın “Ump” kinoşirkəti ilə birgə çəkilən filmin rejissoru Şamil Nəcəfzadə, prodüsserləri isə Xamiz Muradov, Rauf Ataməlibəyov və Timur Vaynşteyndir. ANSPRESS

Şərhlər