Mədəniyyət

Salyanda Qulu Əsgərov anılıb

Tədbirdə xanəndə Qulu Əsgərovun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışılıb.

· Xəbərçi
Salyanda Qulu Əsgərov anılıb
Salyanda Azərbaycan Opera və Balet Teatrının solisti Qulu Əsgərovun xatirə gecəsi keçirilib. Ustad sənətkarın adını daşıyan incəsənət məktəbində baş tutan anım gecəsində musiqiçilər də iştirak edib.

Məktəbin müəllim və şagirdləri tərəfindən hazırlanmış tədbirdə Qulu Əsgərovun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışılıb, onun böyük sənətkar olmaqla yanaşı, həm də bacarıqlı pedaqoq olduğu vurğulanıb. İncəsənət məktəbi şagirdlərinin ifasında unudulmaz sənətkarın oxuduğu və bəstələdiyi muğam və mahnılar səslənib. ANSPRESS

Şərhlər