“Sahə” filmi bu gündən Bakı ekranlarına çıxır
19 May 2011 Cümə Axşamı 00:59
“Oskar” mükafatına namizəd olmuş filmdə tanınmış fotoqrafın uşaqlıq illərinə mistik səyahətindən söhbət açılır
Mayın 19-20-də rejissor İlqar Safatın “Sahə” bədii filmi “PARK CİNEMA” kinoteatrında nümayiş etdiriləcək. Bunu AzərTAc-a “Nərimanfilm” kinostudiyasının mətbuat xidmətindən bildiriblər.

“Nərimanfilm” (Azərbaycan), “Qruziyafilm” və “Baqirafilms” (Gürcüstan) kinostudiyalarının Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə “Paşabank”ın iştirakı ilə çəkdiyi “Sahə” bədii filmində tanınmış fotoqrafın uşaqlıq illərinə mistik səyahətindən söhbət açılır.“Sahə” filmi Azərbaycan tərəfindən 2010-cu ildə “Oskar” mükafatına namizəd irəli sürülmüşdü.

Filmdə baş rollardan birinin ifaçısı Timur Oduşevə Hollivudun Gənc İstedadlarının 32-ci illik mükafatlandırılması mərasimində mükafat təqdim olunması filmə marağı daha da artırıb.

Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Merissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa ediblər. Filmin ssenari müəllifi İlqar Safatdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar