Mədəniyyət

Ritm varsa, həyat var

Bu, "Natiq ritm" qrupunun verdiyi növbəti konsertin adıdır

· Xəbərçi
Ritm varsa, həyat var
Artıq 8 ildir fəaliyyət göstərən “Natiq ritm” qrupunun “Ritm varsa, həyat var” adlı konserti baş tutub. İndiyədək dörd konsert proqramı ilə tamaşaçı qarşısına çıxan qrup üzvləri bu dəfə də ənənərinə sadiq qalaraq konsertə toplaşanlara maraqlı olmaqla yanaşı, həm də yüksək əhval ruhiyyə bəxş edən ifalarını təqdim ediblər.

Konsert zamanı məlum olub ki, qrup pərəstişkarlarına bir sürpriz hazırlayıb. Belə ki, musiqi həvəskarları üçün qədim zərb alətlərindən birində ifa olunub.

Bakı Caz Mərkəzində baş tutan 2 saatlıq konsert proqramı zamanı həyata ritm qatan bu qrupun üzvlərinin repertuarında olan ən məşhur mahnılar səslənib. Sonda tamaşaçılara bu cür konsertləri tez-tez keçirəcəklərini söz verən “Natiq ritm” qrupu bir daha zərb və nağara alətlərinə olan marağı və məhəbbəti sübut edib. ANSPRESS

Şərhlər