Rəmiş xəstəxanaya yerləşdirilib
22 Fevral 2010 Bazar Ertəsi 14:55
Azərbaycanın əməkdar artisti, tanınmış gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) səhhətində ciddi problemlər yaranıb.
Gitaraçının həyat yoldaşı Güllü Hüseynova APA-ya açıqlamasında səhhətində yaranan problemlə əlaqədar Rəmişin Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildiyini deyib. G. Hüseynovanın sözlərinə görə, Rəmiş fevralın 16-dan xəstəxananın ağciyər şöbəsində ciddi müalicə alır: “Bir aydan artıq idi ki, Rəmiş çox əziyyət çəkirdi. Bir çox xəstəxanada müayinə olundu, lakin heç birində düzgün diaqnoz qoyulmadığından problem aradan qalxmadı. Sonra isə ailəvi dostumuz Toğrul Rəhimovun köməkliyi ilə Neftçilər Xəstəxanasına gəldik. Rəmişə nəfəs çatışmazlığı və bağırsaq keçməzliyi diaqnozu qoyulub. Hazırda problemin qismən aradan qalxması üçün ciddi müalicə aparılır”.

G. Hüseynova qeyd edib ki, Rəmişin bu ayın sonuna kimi xəstəxanada müalicə alacağı gözlənilir: “Həkimlər bildirdilər ki, cərrahiyyə əməliyyatına ehtiyac yoxdur. Ancaq ciddi müalicə və lazımi pəhriz davam etdirilməlidir. Yağlı yeməklər, spirtli içkilər qadağan olunub”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar