Qızmar günəş altında
17 İyun 2010 Cümə Axşamı 14:45
"Kapellhaus"da müasir aktual incəsənətdə çalışan rəssamların sərgisi açılacaq
İyunun 22-dən 25-dək "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət birliyində müasir aktual incəsənətdə çalışan rəssamların sərgisi reallaşacaq. Mədəniyyət və Turizm İdarəsinin rəsmi internet saytının məlumatına görə, sərgi Rəssamlar İttifaqı və Mədəniyyət birliyinin birgə təşəbbüsü ilə baş tutacaq.
"Qızmar günəş altında" adı ilə keçiriləcək sərgidə 7 Azərbaycan rəssamı - Törəxanım Ağabəyova, Babək Ağayev, Rəşad Ələkbərov, Orxan Hüseynov, Fərid Rəsulov, Emin Sultanov və Nailə Zülfüqarovanın çəkdiyi rəsmlər nümayiş olunacaq.
Qeyd edək ki, rəssamlar "Qızmar günəş altında" filmindən səhnələri rəsmə çeviriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: