Qışqırıq
18 Fevral 2011 Cümə 16:33
Amerika kinoistehsalçiları - qorxulu, triller və dedektiv janrsevərləri bir araya gətirəcək
Amerika kinematoqrafları yeni bir filmi təhvil verməyə hazırlaşırlar. "Qışqırıq" Filmdə Sidni Preskott adlı məşhur bir qadın orta məktəb müəllimi işləməklə çox sadə həyat keçirir və sonradan onun həyatını dəyişən hadisələr baş verir. Keçən ilin dekabr ayından çəkilişlərinə star verilən "Qışqırıq" filmi üzərində işlər artıq yekunlaşıb. Amerika kinoistehsalçıları - qorxulu, triller və dedektiv janrsevərləri yeni ekran əsərində bir araya gətirəcək.

Filmin rejissoru, eləcə də prodüsseri "Gecə reysi", "Elektroşok" və "Qışqırıq" silsiləsindən tanınan Ues Kreyvendir. O, yeni əl işinə "Yeni il, yeni qanunlar" şüarını verib.

"Qışqırıq"ın süjet xətti Sidni Preskott adlı bir qadının macəraları üzərində qurulub. Son bir neçə ili o, tam sakitlik və rahatlıqda keçirib. Sonradansa yaşadığı qəsəbənin orta məktəblərindən birində müəllim işləmək qərarına gəlir. Bir vaxtlar çox məşhur olan Sidninin indi həyatı yavaş - yavaş qaydasına düşür, artıq onun canı fotoaparatların işığından və paparatsilərin videokamerasından qurtarıb. Lakin bu sakit və rahat həyat tezliklə pozulur. Şagirdlərindən birinin meyidini tapandan sonra Sidni Preskotun dünyası yenidən alt-üst olmağa başlayır.

Ekran əsərində baş rolları Devid Arkett, Niv Kempbell, Kortin Koks, Emma Roberts, Hayden Panetteri və başqa Hollivud ulduzları ifa edir. "Qışqırıq" nə az, nə çox 40 milyon dollara başa gəlib. Film dünya ekranlarına aprelin 14-də çıxarılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar