"Qisasın rəngi"
13 May 2011 Cümə 11:37
Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrında tamaşanın təqdimatı keçiriləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrında “Qisasın rəngi” adlı tamaşanın təqdimatı keçiriləcək. Teatrın təşkilat komitəsindən ANS PRESS-ə verilən məlumata görə, tamaşanın nümayişi may ayının 13-də, saat 15.00-da olacaq.
Qarabağ həsrəti, gənclərin vətənpərlik haqda düşüncələri, döyüş yolunu keşmiş hərbçilərin isteriya səviyyəsinə çatan qəlb sarsıntıları və qələbə şərəfindən bəhs edən tamaşanın quruluşçu rejissoru Beynəlxalq kinoakademiyasının məzunu Ramil Ağasiyev, ssenari müəllifi Azər Cəfərdir. 3 fərqli tale yoluna malik gənc – ikisi müharibənin bütün məhrumiyyətlərini görmüş və sınmamış, digəri isə qaçmış və yalnız Şuşanın azad olunması xəbərini alandan sonra sevincək ana torpağa dönmüşdür. Maraqlı dialoqlarla, ittihamlarla, hətta intihar cəhdilə müşayiət olunan səhnələr dramatizmi ilə riqqətə gətirir. Vətənin vətəndaşı kimlər sayıla bilər? Sadəcə üzərində yaşayanlar yoxsa onu canı və qanı bahasına müdafiə etməyə hazır olanlar? Birincilər bağışlansa da, anasını, bacısını düşmənin əlində qoyub qaçamda da onu səsləyən vicdanı susacaqmı?
Qisasın hansı rəngdə olması ilə maqarlananlar tamaşanı izləyəyə bilərlər.
Təqdimatda millət vəkilləri Məlahət İbrahımqızı, Jalə Əliyeva, Rafael Cəbrayılov, Fuad Muradov, Flora Qasımova, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov, icmanın nümayəndələri, Şuşa İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva iştirak edəcəklər.
DOSTLARINLA PAYLAŞ: