Qədir Rüstəmovun beynində hərəkətli infeksiya var
05 Noyabr 2011 Şənbə 15:17
Xanəndənin həkimi onun vəziyyətinin ağır olduğunu bildirir.
Bir neçə gündür koma vəziyyətində Türkiyənin Acı Badem xəstəxanasında müalicə alan tanınmış xanəndə, Qarabağın musiqi dünyasının yadigarı Qədir Rüstəmovun səhhətində heç bir dəyişiklik yoxdur.

Xanəndəni müalicə edən həkim Ceyhun Sadakoğlunun verdiyi məlumata görə, hazırda Qədir Rüstəmovun komadan çıxıb-çıxmayacağı məlum deyil və vəziyyəti həddən artıq riskli qiymətləndirilir. Qədir Rüstəmovun vəziyyətində irəliləyiş yoxdur: "Vəziyyətindəki ağırlıq qalmaqdadır. İrəliləyiş əldə edilə bilmədi. Təəssüfki, vəziyyətində hələ də yaxşılaşma yoxdur. Səhhətində 3 ciddi problem var. Təbii ki, şüanın da təsiri var. Amma beynində hərəkətli infeksiya var. Bundan başqa, məlum olduğu kimi onun bağırsaq problemi var. Buna görə orqanlarında çatışmazlıq ortaya çıxdı. Ürəyi, böyrəkləri müalicə tələb edir. Yüksək riskli xəstədir."


DOSTLARINLA PAYLAŞ:

oyunlar