Qadın ətri
01 Mart 2010 Bazar Ertəsi 15:35
Beynəlxalq qadınlar günü münasibətilə Qadın ətri adlı sərgi keçiriləcək.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyi 8 mart – Beynəlxalq qadınlar günü münasibəti ilə “Qadın ətri” adlı sərgi hazırlayıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, sərgi martın 5-də saat 15:00-da R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində olacaq və dahi Azərbaycan şairi Hüseyn Cavidə məxsus “Bəşəriyyət qadınla yüksələcək” misrası ekspozisiyanın devizi olaraq səslənir.

Sərgidə xalq rəssamı Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Toğrul Nərimanbəyov, əməkdar incəsənət xadimi Vəcihə Səmədova kimi sənətkarlarla yanaşı, Sakit Məmmədovun, Niyaz Nəcəfovun,Elşən Sərxanoğlunun, həmçinin müxtəlif nəslə mənsub olan digər rəssamların əsərləri nümayiş olunacaq.

Tədbirdə Azərbaycan qadınlarının daim gözəl və xoşbəxt olması üçün hər zaman çalışan “Gazelli” şirkəti mədəniyyət, incəsənət və xüsusilə muzey sahəsində böyük zəhməti olan xanımları xüsusi hədiyyələrlə təbrik edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar