Mədəniyyət

Oskar mükafatının təqdimatı keçiriləcək

Oskar mükafatının təqdimatı keçiriləcək. "İlin ən yaxşı filmi" nominasiyasına 10 film iddia edir.

· Xəbərçi
Oskar mükafatının təqdimatı keçiriləcək
Bu gün axşam Hollivudda kino dünyasının əsas hadisəsi – “Oskar” mükafatının 83-cü təqdimetmə mərasimi keçiriləcək. "İlin ən yaxşı filmi" nominasiyasına 10 film iddia etsə də, Tom Huperin “Kral danışır!” tarixi dramı və Devid Finçerin “Facebook”un yaranmasından bəhs edən “Sosial şəbəkə” filmi favorit filmlər hesab edilir.

"İlin ən yaxşı kişi rolu"na britaniyalı Kolin Fört “Kral danışır” filmində canlandırdığı Britaniya monarxı, 6-cı Georq rolu ilə iddia edir. Ən yaxşı aktrisa nominasiyasında isə Natali Portman “Qara qu quşu” filmindəki roluna görə, Annet Benniq isə “Uşaqlar qaydasındadır” filmindəki roluna görə əsas rəqiblər hesab edilir. ANSPRESS

Şərhlər