Mədəniyyət

“Niyyət” “Qızıl minbər”də

Filmimiz növbəti beynəlxalq festivala qatılacaq.

· Xəbərçi
“Niyyət” “Qızıl minbər”də
Rejissor Samir Kərimoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Niyyət” filmi növbəti beynəlxalq festivala hazırlaşır. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, film sentyabr ayında Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində ənənəvi “Qızıl minbər” VI Beynəlxalq müsəlman kinofestivalında nümayiş etdiriləcək.

Festivalda filmin yaradıcı heyəti də iştirak edəcək. Filmin ssenari müəllifi Yavər Rzayev, bədii rəhbəri Rüstəm İbrahimbəyovdur. Baş rollarda Fuad Axundov, Rövşən Məmmədov, Münnəvər Əliyeva və Naidə Əliyeva çəkiliblər.

Xatıladaq ki, iki variantda - Azərbaycan və ingilis dillərində olan film 2009-cu ildə Berlin festivalında iştirak edib. ANSPRESS

Şərhlər