Muzeylərə çevrilmiş imarətlər
29 Oktyabr 2010 Cümə 17:45
Dövlət İncəsənət Muzeyində italiyalı fotoqrafın foto-sərgisi açılıb
Dünən R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “İtaliya dili və mədəniyəti” proqramı çərçivəsində “Muzeylərə çevrilmiş imarətlər” adlı foto-sərginin açılışı keçirilib. Sərgidə italiyalı fotoqraf Ömər Keiraouinin fotolarının nümayişi təşkil olunub.

Fotoqraf bildirib ki, onun fotoları İtaliyanın çox tanınmış mədəniyyət və incəsənət xadimlərinin evlərində çəkilib. Onların sırasında Cüzeppe Verdinin də evi var. Qonaq Bakıda ilk dəfə olduğunu və bu şəhəri çox sevdiyini dilə gətirib, lakin Azərbaycan evləri ilə hələ tanış olmadığını söyləyib. Fotoqrafın fikrincə, hər bir evin özünəməxsus ab-havası, atmosferi olmalıdır və əsərin necə alınmasına bu da təsir edir.

İtaliyanın Azərbaycandakı səfiri Morio Bandi “İtaliya dili və mədəniyyəti” proqramı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq bu addımı iki ölkənin yaxınlaşması yönündə təqdirəlayiq adlandırıb. Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər tanınmış şəxslər iştirak edib.

Sərgi İtaliyanın tanınmış pianoçusu Stefano Ranyinin ifası ilə davam etdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar