Muğam daşları sındıracaq
20 Fevral 2010 Şənbə 12:30
"Daşları sındırdı muğam" adı altında baş tutacaq konsert proqramı muğamlarımızdan ibarət olacaq. Könül Xasıyeva bunu edə biləcəkmi?
Azərbaycanın əməkdar artisti, muğam ifaçısı Könül Xasıyeva solo-konsertə hazırlaşır. Xanəndənin konserti 26 martda, Dövlət Opera və Balet Teatrının səhnəsində reallaşacaq. "Daşları sındırdı muğam" adı altında baş tutacaq konsert proqramı muğamlarımızdan ibarət olacaq.
Əməkdar artist ANS PRESS-ə açıqlamasında bildirib ki, muğam ifaçılarına qayğı göstərən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fonduna çox minnətdardır. İfaçı muğamın inkişafı yolunda dövlətin gördüyü işlərdən ilham aldığını söyləyib.
Əməkdar artist Könül Xsıyeva xarici səfərlərə çoxsaylı dəvətlər almasına baxmayaraq, azyaşlı uşaq anası olduğundan bu dəvətləri qəbul edə bilmədiyini bildirib. Xanəndə hələ ki, Azərbaycanda konsert proqramı ilə çıxış etməklə kifayətləndiyini, bu dəvətləri isə yaxın zamanlarda dəyərləndirəcəyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: