Müəllimlər Günündə müəllimlərə müjdə
05 Oktyabr 2010 Çərşənbə Axşamı 12:25
“Bank of Baku” bu bayramla əlaqədar təhsil işçilərinə güzəştli kreditlər təklif edir.
“Bank of Baku” 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimlərinə “Bizim dəyərli müəllimlərimizə!” şüarı altında yeni bir kampaniyaya start verir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank dəyərli müəllimlər üçün sərfəli kredit şərtlərindən faydalanmağı təklif edir.

Beləliklə, kampaniya 5 – 31 oktyabr 2010-cu il tarixlərində keçiriləcək. Kampaniyanın əsas üstünlüklərindən biri ondan ibarətdir ki, “Bank of Baku”nun “Nağd pul” kredit məhsulundan faydalanan müəllim-müştərilər üçün bu kampaniyada faiz dərəcələrində 2 faiz endirim nəzərdə tutulub. Kampaniyanın şərtlərinə əsasən təklif olunan kreditin maksimal müddəti - 24 ay, maksimal məbləğ - yeni müştərilər üçün 4000$, təkrar müştərilər üçün isə 4500$ təşkil edir. Əgər məbləğ 1500$-dan artıq olarsa, zaminlik vacibdir.

Qeyd edək ki, kampaniyanın şərtlərindən yalnız bankın filialları ilə təmsil olunduğu regionlarda qeydiyyatda olan təhsil işçiləri faydalana bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar