“Mona Liza”nı zibilliyə atdılar
14 Oktyabr 2010 Cümə Axşamı 04:10
“Mona Liza ” əsəri üçün modellik etdiyi müəyyən olunan Liza Gerardini adlı qadın “Ursula” monastırında basdırılmışdı.
Məhşur “Mona Liza” əsərini çəkdiyi zaman Leonardo da Vinçiyə modellik etmiş Liza Gerardiniyə aid qəbir qazılaraq sümükləri Florensiya yaxınlığında zibilliyə atılıb. Qeyd edək ki, 1542-ci ildə Florensiyada vəfat edən və 2007-ci ildə “Mona Liza ” əsəri üçün modellik etdiyi müəyyən olunan Liza Gerardini adlı qadın “Ursula” (Sant’Orsola) monastırında basdırılmışdı.
Əsrlər sonra monastırın ərazisidən əvvəl tütün fabriki, sonra isə universitet üçün istifadə olunub. 1980-ci ildən sonra isə burda maliyyə polisinin binası yerləşib. Bu vaxt ərazidə yeraltı avtomobil dayanacağı da salınıb.
“Da Vinçi” mütəxəssisi olan və 30 ildir Gerardininin qəbrini axtaran Cuzeppe Pallanti modelə aid qalıqların məhz bu tikinti vaxtı çıxarılaraq zibilliyə atıldığını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: