Mədəniyyət

Miras sənədli filmi

“Bir addım” kinostudiyası 12 dəqiqəlik Miras sənədli filmini çəkib.

· Xəbərçi
Miras sənədli filmi
“Bir addım” kinostudiyası “Miras” sənədli filminin çəkilişlərini başa çatdırıb. Filmin quruluşçu rejissoru Fariz Əhmədovun ANS PRESS-ə verdiyi məlumata görə, 12 dəqiqəli filmin çəkilişləri Masazır qəsəbəsinə yaxın olan Duz gölü ətrafında iki gün ərzində aparılıb. Filmin əsas qəhrəmanı uşaqlıqdan atasını yanında Duz gölündə işləyən 9-cu sinif şagirdi Əlidir.

“Miras” sənədli filminin ssenari müəllifi Esmira Əyyub, quruluşçu rejissoru Fariz Əhmədov, operatoru Fərid Şamiloğlu, səs rejissorları Elşən Aslanzadə, prodüserləri Zakir Musayev və Rəşad Qasımovdur. Yaxın vaxtlarda filmin nümayişinin təşkili nəzərdə tutulur. ANSPRESS

Şərhlər