Məşhur kinorejissor Kamil Rüstəmbəyov anılacaq
21 Yanvar 2010 Cümə Axşamı 21:30
Anım gecəsində rejissor Kamil Rüstəmbəyovun filmlərindən kadrlar göstəriləcək
Dövlət Film Fondu fevralın 2-də Muzey Mərkəzində kinorejissor, əməkdar incəsənət xadimi Kamil Rüstəmbəyovun xatirəsinə həsr olunmuş yubiley gecəsi təşkil edəcək.

Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin verdiyi məlumata görə, K.Rüstəmbəyov Səməd Vurğunun eyniadlı poeması əsasında çəkilən ilk bədii filmin rejissoru olub. Sonralar o, "Azərbaycanfilm" kinostudiyasında "Zəncirlənmiş adam"(1964-cü il), "Dağlarda döyüş" (1967), "Axırıncı aşırım" (1971), "Mahnı qanadlarında" (1972), "Dərviş Parisi partladır" (1976), "Gözlə məni" (1980) kimi məhşur filmləri çəkib.

Anım gecəsində o vaxtkı dövrün fotolarının, rejissorun filmlərindən kadrların sərgisi təşkil olunacaq. K.Rüstəmbəyovun iş yoldaşları, dostları, ailə üzvləri onun bağlı xatirələrindən danışacaqlar.

Gecənin iştirakçıları rejissorun çəkdiyi filmlərdən kadrlara baxacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar