Mədəniyyət

Memati Berlinə getdi

"Kurdlar Vadisi"nin Mematisi "3-ü bir arada" tamaşası ilə Avropa turnesinə çıxıb.

· Xəbərçi
Memati Berlinə getdi
Türkiyənin ən çox izlənilən seriallarından olan "Kurtlar Vadisi"nin sevilən aktyorları Gürkan Uyğun (Memati) və Kazım Carman (Standart Kazım), "3-ü bir arada" tamaşasında qonaq aktyor olaraq rol alıblar. Kiçik səhnəciklər lətifələr və canlı musiqidən ibarət tamaşa Berlinin An Der Urania salonunda səhnələşdirilib.

Tamaşada eyni zamanda "Dəli Ürək" serialından Arif rolu ilə tanınan Məmməd Əli Tuncer və başqa aktyorlar iştirak ediblər. Oyundan sonra "Gənc Müsiad Dərnəyi"nin üzvləri aktyorlar Gürkan Uyğun, Kazım Carman və Məmməd Əli Tuncerə berlinli teatrseverler adından hədiyyə təqdim edib.

"3-ü bir arada" tamaşası Berlindən sonra Almaniyada və Avropanın müxtəlif ölkələrində turneye çıxaraq. ANSPRESS

Şərhlər