Ləzginka qadağan edilir
16 Dekabr 2010 Cümə Axşamı 11:30
Rostov milisi küçələrdə rəqsin ifasının qarşısını almağa çalışacaq
Rusiyanın Rostov-na Donu şəhərinin küçələrində "ləzginka" rəqsinin ifa edilməsi qadağan edilib. Bundan sonra, yerli milis küçələrdə Qafqaz rəqsinin ifasının qarşısını alacaq.
Rostov ilayətinin daxili işlər idarəsinin rəisi Aleksey Lapinanın sözlərinə görə, hüquq mühafizə orqanları artıq diasporların rəhbərləri ilə izahedici iş aparıb. Rostov milisi gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, Qafqaz rəqslərinin ifasına qarşı dekabrın 12-də Rostovda keçirilən yürüşün iştirakçıları çıxıblar. Yerli KİV-in yazdığına görə, aksiya qafqazlılar tərəfindən döyülərək öldürülən tələbə Maksim Sıçevin xatirəsinə keçirilib. Mitinqdə iştirak edən 500-dən artıq insan şəhərin əsas küçələrində hərəkəti dayandırıb. Onların əsas şüarları isə "Rostov Russiya şəhəridir" və "Birimiz hamımız, hamımız birimiz üçün" olub.
DOSTLARINLA PAYLAŞ: