Mədəniyyət

Lənkəran Dram Teatrı Bakıya gələcək

Lənkəran Dram Teatrı Bakıya gələcək. Yaradıcı heyət "Sezarın qətli" tamaşasını təqdim edəcək.

· Xəbərçi
Lənkəran Dram Teatrı Bakıya gələcək
Lənkəran Dövlət Dram Teatrının kollektivi Bakıya qastrol səfərinə gələcək.

Mədəniyyət və Turzim İdarəsinin verdiyi məlumata əsasən, dekabrın 22-də keçirilən səfər çərçivəsində teatr truppası Aktyor Evində paytaxt teatrsevərlərinə Arif Mədətovun "Sezarın qətli" əsərinin tamaşasını təqdim edəcək.

Əsərdə rolları Əlibala Əsgərov, Qızılgül Quliyeva, Adil Zeynalov, Sücəddin Mirzəyev, Allahverən Babayev, Elnur Əkbərov və başqaları ifa edəcəklər.

Səhnə əsərinin quruluşçu-rejissorları əməkdar incəsənət xadimi Baba Rzayev və İslam Səfəroğlu, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı isə Fəraim Fərəcovdur. ANSPRESS

Şərhlər