Mədəniyyət

Kurtlar Vadisinə daha çəkilmərəm

Oktay Kaynarca: "Çakır səhifəsini bağlayana qədər çox çalışdım"

· Xəbərçi
Kurtlar Vadisinə daha çəkilmərəm
“Kurtlar Vadisi” serialında baş rolun ifaçılarından biri olan Oktay Kaynarca dəvət olunduğu verilişlərin birində verdiyi açıqlamaları ilə türk mətbuatının gündəminə gəlib.

"Arvadbaz deyiləm, amma görüşdüyüm xanıma qarşı çox diqqətcil oluram. Mən səmimi, sadə və təbii qadınlara üstünlük verirəm. Mənim üçün çirkin qadın yoxdu. Hər qadının ailə qurmağa haqqı var”,-deyən aktyor evləndiyi xanımdan hər il uşaq doğmasını tələb edəcəyini də bildirib.

Oktay Kaynarca Entoni Quin kimi 10-15 uşağının olmasını istədiyini vurğulayaraq, qonaq olduğu veriliş zamanı onu da bildirib ki, "Kurtlar Vadisi"ndən rol almaq kimi təkliflər gələrsə, razılaşmayacaq. "Çakır səhifəsini bağlayana qədər çox çalışdım",-deyə aktyor əlavə edib.
ANSPRESS

Şərhlər