"Kurtlar Vadisi" 40 il davam edəcək
13 İyun 2010 Bazar 14:35
"Kurtlar Vadisi" 40 il davam edəcək. Bu barədə filmin prodüsseri məlumat verib.
"Kurtlar Vadisi" serialı 40 il davam edəcək. Bu barədə serialın prodüsseri və ssenari müəlliflərindən biri Bahadır Özdener açıqlama verib.
"Təhdid almırıq. Sevənlərimiz daha çoxdur. "Kurdlar Vadisi Terror"u "Kurdlar Vadisi Pusu"da izah edirik. Önümüzdəki illərdə yeni filmlər də çəkəcəyik. Bu filmlər arasında "Kurdlar Vadisi Kosova", "Kurdlar Vadisi Karabağ", "Kurdlar Vadisi İran" kimi yeni filmlər də ola bilər. Serialın tamaşaçılarının sayı azalmayıb. "Kurdlar Vadisi"ni 40 il boyunca çəkməyi planlaşdırırıq", deyə Bahadır Özdener bildirib.
Onun sözlərinə görə, "Kurdlar Vadisi: Fələstin" filmi noyabr ayının əvvəllərində artıq hazır olacaq və bu film Türkiyənin ən bahalı kinosu olacaq: "Filmə qoyulan maliyyə vəsaiti "Kurtlar Vadisi İraq"a xərclənən 10 milyon dolları keçəcək. Film 100 ölkədə eyni anda ekranlara gələcək. Filmin çəlişiləri Türkiyədə olacaq".
""Kurtlar Vadisi İraq" filmiylə 4 milyon 250 min tamaşaçı topladıq. Türkiyənin o tarixə qədər ən çox izlənilən filmi oldu. Daha sonrakı illərdə "Receb İvedik" liderliyi ələ keçirdi. "Kurdlar Vadisi: Fələstin" də hədəfimiz "Receb İvedik"in 4 milyon 500 min tamaşaçı rəqəmini keçmək olacaq", deyə B. Özdener qeyd edib.
Prodüsser "Kurtlar Vadisi"nin ssenarisinin asan yazılmadığını da bildirib: "Bir ildə 52 həftə var. Biz bunun 40 həftəsini bir otaqda keçiririk. Gündəmi yaxından izləyərək ssenarini hazırlamağa çalışırıq. "Kurtlar Vadisi" gündəmlə əlaqədar serial olduğu üçün işimiz də çətin olur. Serial yayımdan bir gün əvvəl bitir. Yoxsa gündəmi yaxından izləməyimiz mümkün olmaz".
Qeyd edək ki, Türkiyədə 7 ildir ki, milyonlarla tamaçanı ekran başına gətirən "Kurdlar Vadisi" serialı 30 ölkəyə ixracat edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: