Karla Bruni kinoya çəkilir
21 Aprel 2010 Çərşənbə 04:20
Yeni filmin adı, ekranlara çıxacağı tarix və Karla Bruninin rolunun təfərrüatları bu həftə elan edilməlidir.
Fransanın birinci xanımı Karla Bruni tanınmış Amerika rejissoru Vudi Allenin filmində rol alacaq. Yeni filmin adı, ekranlara çıxacağı tarix və Karla Bruninin rolunun təfərrüatları bu həftə elan edilməlidir. Amma çəkiliş qrupuna yaxın mənbələr bildiriblər ki, filmin çəkilişləri 2010-cu ilin yayında Parisdə başlayacaq. Filmdə aktyorlar Marion Kotiyar, Ouen Uilson və Reyçel MakAdams da iştira edəcəklər.

Vudi Allen dəfələrlə bəyan edib ki, Karla Bruninin bu filmə çəkmək istəyir. Lakin rejissorun özü bu ideyanın gerçəkləşməsinə şübhə ilə yanaşırdı. O, bu şübhəsini Fransanın birinci xanımının çox məşğul olması ilə əlaqələndirirdi.

Fransa prezidenti Nikola Sarkozinin 42 yaşlı həyat yoldaşı, vaxtilə dünyanın tanınmış fotomodellərindən olan Karla Bruni kinoya çəkilmək təcrübəsinə malikdir. O, Robert Oltmenin 1994-cü ildə ekranlara çıxan “Pret-a-porte” satirik filmində iştirak edib. Film modaya həsr olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar