İçəri Şəhərdə daha bir abidə bərpa edildi
21 Aprel 2011 Cümə Axşamı 11:37
Memarlıq abidəsı olan Məktəb-Məscidin bərpa işləri artıq başa çatıb
“Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qoruq ərazisində yerləşən abidələrdə və tarixi binalarda bərpa və konservasiya işləri həyata keçirilir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə,
A.Zeynallı küçəsi, 69 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsı olan Məktəb-Məsciddə qabaqcıl texnologiyaların köməyi ilə yerli mütəxəssislər tərəfindən aparılmış bərpa işləri artıq başa çatıb. Abidənin günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilmiş, daxilində təmir-bərpa işləri aparılmış, fasadı tarixi görkəminə qaytarılıb.

Məktəb-Məscid 1646-cı ildə II Şah Abbasın yaxın adamı İmam Qulu tərəfindən tikilmiş və dini təhsil ocağı kimi fəaliyyət göstərib. Tələbələr bu məktəbdə orta dini təhsil alır və daha sonra ali təhsillərini mədrəsələrdə davam etdirirdilər. Ehtimal olunur ki, abidə daha qədim tikili üzərində inşa olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar