Mədəniyyət

Heydər Əliyev və Azərbaycan kinosu

Dövlət Film Fondunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

· Xəbərçi
Heydər Əliyev və Azərbaycan kinosu
Dövlət Film Fondunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda tədbir keçiriləcək. Fonddan ANS PRESS-ə verilən məlumata görə, tədbir mayın 6-da keçiriləcək.

Tədbirdə “Heydər Əliyev – mədəniyyətimizin hamisi” adlı film göstəriləcək. “Salnamə” studiyasında çəkilən filmin rejissoru Eldar Quliyev və İqbal Məmmədəliyevdir.

Fondun foyesində isə mərhum prezidentin fotolarından ibarət sərgi nümayiş olunacaq. ANSPRESS

Şərhlər