Gəncləşən muğam -2 konserti keçiriləcək
28 Dekabr 2010 Çərşənbə Axşamı 01:30
Heydər Əliyev sarayının internet saytı ilk dəfə konsertlərin online sistemlə yayımına başlayır
Bu gün Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının “Gəncləşən muğam -2” adlı konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən ANS PRESS-ə verdilən məlumata görə, layihənin rəhbəri xalq artisti, xanəndə Mənsum İbrahimovdur. O, bu dəfə də həmişəki kimi ayrılmaz dostları olan əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə səhnəyə çıxacaq.

Konsert proqramında əməkdar artist Təyyar Bayramov, gənc muğam ifaçıları Elşad Aydınoğlu, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Sabir Həsənov, Oksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar Səxavətoğlu, Tuqay İsmayılov, Xəyal Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalov çıxış edəcəklər.

Qeyd edək ki, internet istifadəçiləri Heydər Əliyev Sarayının yeni internet saytında Sarayın səhnəsində göstəriləcək konsertləri canlı olaraq izləmək imkanı qazanacaqlar. Dekabrın sonu, yanvarın əvvəlindən etibarən saray rəhbərliyi bu formanı test rejimində sınayacaq və daha sonra mütəmadi olaraq, bunu həyata keçirəcəyinə qərar verəcək. İlk olaraq online sistemlə yayımlanacaq konsert isə “Gəncləşən muğam-2” layihəsi olacaq. Sarayın təşəbbüsü ilə keçiriləcək bütün konsertlər bütöv olaraq, digər konsertlər isə 10 dəqiqəyə yaxın paylanacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar