Fərhad Bədəlbəyli İsrailə gedir
12 Mart 2010 Cümə 12:15
Bu ölkədə musiqiçi Fərhad Bədəlbəylinin klassik musiqi gecələri təçkil olunacaq
Bu yaxınlarda Londondan qastrol səfərindən dönən xalq artisti Fərhad Bədəlbəyli yenidən səfərə hazırlaşır. Bakı Musiqi Akademiyasının rektoru İsraildə konsert proqramı ilə çıxış edəcək. Martın 19-dan 26-dək davam edəcək klassik musiqi gecələri İsrailin bir neçə şəhərində baş tutacaq. Fərhad Bədəlbəyli İsrail Simfonik Orkestrinin dirijoru Dmitri Yablovskini ilə birlikdə İsrailə dəvət edildiyini bildirib.
"İsrail Simfonik Orkestri Qəbələdə çıxış etdikdən sonra, bir cavab kimi bizi İsrailə dəvət etdilər. Konsertlərimiz İsrailin şəhərlərində təşkil olunacaq. Bilirsiniz ki, İsrail balaca ölkədir və şəhərləri də balacadır. Amma biz orada Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa bəstəkarlarının da əsərlərini, xüsusilə də Azər Rzayevin skiripka və fortepiano üçün sonatasını ifa edəcəyik", deyə musiqiçi bildirib.
F. Bədəlbəyli bu əsərin İsraildə birinci dəfə səslənəcəyini qeyd edib. Bundan başqa, konsert proqramında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, eləcə də rus musiqisinin tanınmış siması Sergey Raxmaninovun simfonik əsərləri də yer alib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: