Fazil Əliyevin əsərləri sərgilənəcək
23 May 2011 Bazar Ertəsi 17:05
Mərhum rəssam Fazil Əliyevin işləri “Qalereya 1969” Sərgi Qalereyasında nümayiş olunacaq.
“Qalereya 1969” Sərgi Qalereyasında mərhum, istedadlı rəssam Fazil Əliyevin əsərlərindən ibarət sərgi təşkil ediləcək. ANS PRESS-in məlumatına görə, sərginin açılışı 24 may saat 18.00-da olacaq.

F.Əliyev 1947-ci ildə anadan olub. 1960-1965-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində, 1965-1971-ci illərdə isə Sankt-Peterburqda İ.Y.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Rəssamlıq İnstitutunda təhsil alıb. 1971-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə keçərək oranı bitirib.

1976-1979-cu illərdə F.Əliyev Gəncə Pedaqoji məktəbində dərs deyib. F.Əliyev 1980-1984-cü illərdə isə Gəncə Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsində çalışıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar